"Zəfər tarixinin canlı şahidi olduğum üçün qürur duyuram" - İDMANÇI RASUL ÇUNAYEV DANIŞDI

"Zəfər tarixinin canlı şahidi olduğum üçün qürur duyuram" - İDMANÇI RASUL ÇUNAYEV DANIŞDI

"Bu, qalib Azərbaycan xalqının şanlı Zəfəri oldu". Bunu SİA-ya açıqlamasında "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü, idmançı Rasul Çunayev deyib.

Onun sözlərinə görə, həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlıların hamısı Zəfər tarixi ilə bağlı olaraq qürur hissi keçirir.

Rasul Çunayev bu haqda fikrini belə izah edib: "Mən də həm hərbiçi, həm idmançı və ən əsası Vətənini sevən bir insan olaraq Zəfər tarixinin canlı şahidi olduğum üçün qürur duyuram. Azərbaycan hər sahədə qələbələrə layiqdir. Azərbaycan gəncliyi üçün dövlət tərəfindən yaradılan şərait icazə verir ki, bütün istiqamətlər üzrə nailiyyətlər əldə edək, uğurlar qazanaq. Biz müasir gənclər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək gənclər və idman siyasətində daim qalibiyyət əldə edəcəyik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə