Masallıda voleybol üzrə rayon birinciliyi

Masallıda voleybol üzrə rayon birinciliyi

Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə rayonun Boradigah qəsəbəsindəki idman zalında, torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

SİA -ın bölgə müxbiri xəbər verir ki, 8 məktəb komandasının mübarizə apardığı rayon birinciliyində Hişkədərə kənd tam orta məktəbinin komandası birinci, Türkoba kənd tam orta məktəbinin komandası ikinci, Qodman kənd tam orta məktəbin komandası üçüncü yeri tutublar.

Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və Uşaq–Gənclər İdman Şahmat məktəbinin direktoru Əlifağa Yaqubov qeyd ediblər ki, yarışın keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin yad etmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etməklə, onların asudə vaxtlarını səmərəli keçirməkdir.

Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə