Braziliya 2-ci Liqasında keçirilən "Guarani" - "Sao Paulo RS" oyunu zamanı qonaq komandanın oyunçusu Villiam Ribeiro qarşılaşmanın baş hakimi Rodriqo Crivellaroya hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, huşunu itirən hakim xəstəxanaya aparılarkən, oyunçu polis bölməsinə aparılıb. Hakimə qarşı hərəkətindən sonra sarı vərəqə alan 30 yaşlı sol cinah oyunçusu birdən Crivellaronu yerə yıxıb. Əsəblərinə hakim ola bilməyən Ribeiro daha sonra hakimin başına təpik vurub. Zərbədən sonra huşunu itirən Crivellaro təcili yardımla xəstəxanaya çatdırılıb. Villiam Riberio polis bölməsinə aparılarkən, Sao Paulo RS Club da oyunçu ilə müqaviləni pozduqlarını açıqlayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə