Bikini geyinmədiklərinə görə cərimələndilər

Bikini geyinmədiklərinə görə cərimələndilər

5 Avropa ölkəsi Beynəlxalq Həndbol Federasiyasını (IHF) qadın idmançılar üçün geyim qaydalarını yenidən nəzərdən keçirməyə çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, norveçli qadınlar iyul ayında Avropa Bolqarıstan matçında bikini altı yerinə şortik geyindikləri üçün cəzalandırılıblar. Bolqarıstanda keçirilən Çimərlik Həndbolu üzrə Avropa Çempionatında bürünc medal uğrunda mübarizə aparan Norveç komandası "uyğun olmayan geyim" ə görə 1500 avro cərimələnib. Bu cərimədən sonra Norveçin mədəniyyət naziri Abid Raja cəzanı "tamamilə gülməli" adlandırıb.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə