Oktyabrın 3-də futbol üzrə İtaliya A Seriyasının 7-ci turunun mərkəzi qarşılaşması keçirilib.
SİA xəbər verir ki, Berqamodakı ”Atleti Adzzuri de İtaliya" stadionunda "Atalanta" klubu "Milan"ı qəbul edib. Görüş "Milan"nın 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. Milanlıların heyətində Davide Kalabriya, Sandro Tonalli və Rafael Leao, meydan sahiblərinin heyətində isə Duvan Sapata və Mario Paşaliç fərqləniblər.
Bu nəticədən sonra 19 xalı olan “Milan” ikinci, “Atalanta” isə 11 xalla 8-ci yerdə qərarlaşıb.
Növbəti turda “Milan” öz meydanında “Verona”, “Atalanta” isə səfərdə “Empoli” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Milan" cari mövsüm A Seriyasında məğlub olmayan üç ("Napoli", "İnter") komandadan biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB