“Barselona” “Atletiko”ya da uduzdu

“Barselona” “Atletiko”ya da uduzdu

Futbol üzrə İspaniya La Liqasında 8-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.

“Kadis” – “Valensiya” matçında qapılara qol vurulmayıb. “Osasuna” “Rayo Valyekano”nu, “Malyorka” isə “Levante”ni minimal hesabla məğlub yola salıb.

Turun mərkəzi görüşü Madriddə keçirilib. “Atletiko” bu mövsüm uğursuz çıxış edən “Barselona” ilə üz-üzə gəlib. Madridlilər bu görüşdən inamlı qələbə ilə ayrılıblar. Qollardan birini isə məhz "Barselona"dan "Atletiko"ya keçən Luis Suares vurub.

İspaniya La Liqası

8-ci tur

1 oktyabr

Atletik – Alaves 1:0

Qol: R.Qarsiya, 44.

2 oktyabr

Osasuna – Rayo Valyekano 1:0

Qol: M.Sançes, 90+1.

Malyorka – Levante 1:0

Qol: Baba, 74.

Kadis – Valensiya 0:0

Atletiko – Barselona 2:0

Qol: Lemar, 23. L.Suares, 44.

Bütün xəbərlər Facebook səhifəmizdə