“ Atletiko”dan sonra Barçanın baş məşqçisinin taleyi necə olacaq?
Hamı Kumandan bezdi...

Deməli, “Barselona” sabah, oktyabrın 2 -də “Atletiko” ilə qarşılaşacaq. Etiraf edilməlidir ki, komandanın baş məşqçisi Ronald Kumanın mövqeyi çox təhlükəlidir. Maraqlıdır, görən o nəhayət işdən qovulacaqmı?

Frankie de Yonq:“Məşqçinin qovulmasının problemi həll edəcəyini düşünmürəm. Ümumiyyətlə, Kuman haqqında danışmaq mənim səlahiyyətimə daxil deyil”.

“Kumanın özünə hörməti yoxdur”. Bunu isə Barsasevərlər deyir.

... “Valensiya”nın keçmiş qapıçısı Santyaqo Kanizares bu yaxınlarda məşqçi haqqında çox açıq danışdı: “Kuman mənə heç vaxt yaxşı mütəxəssis kimi görünməyib. O layihə qura bilməz və ən kiçik bir tənqiddən məhrumdur. Bu səbəbdən “Barselona” aşağılanır.”

“Kumanın işdən çıxarılması artıq yetişib”. Bunu da Barsasevərlər deyir.

...Burada da möcüzələr gözləməməlisən. Ancaq hollandiyalı futbolçunu kimin əvəz edəcəyi hələlik bəlli deyil. Təbii ki, Xavi ilə bağlı söz -söhbətlər dayanmır. Amma Barsanın keçmiş kapitanı indi öz klubuna rəhbərlik etməyə hazır olmadığını bir neçə dəfə açıqlayıb. Luis Suarez deyir ki, bu Xavi üçün məşqçilik karyerasının inkişafı baxımından dd səhv ola bilər. ...Xavi ağıllıdır və klubun hazırda yaşadığı çətinlikləri anlayır və təbii ki, daha əlverişli bir anı gözləyir”

Qeyd edək ki, bu gün Barsaya namizəd olan məşqçilər siyahısında “River Plate”nin məşqçisi Marcelo Qallardonun da adı var. Deyilənə görə, məşqçi kimi o Argentinada çox şey əldə edib. Amma təəssüf ki, şayiələr argentinalı məşqçinin də katalonların təklifini rədd etdiyini söyləyir. Belə ki, o karyerasını “River Plate”də davam etdirmək niyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə