Enrike Barselonaya qayıtmaq istəmir

Enrike Barselonaya qayıtmaq istəmir

Ispaniya millisinin baş məşqçisi Luis Enrike tezliklə Barselonaya qayıtmaq niyyətində deyil. Xatırladaq ki, o 2014-2017 -ci illərdə “Barselona”ya rəhbərlik edib.

“...Hələ ki, bu variantı düşünmürəm. Üstəlik, klub prezidenti Joan Laportada mənim telefon nömrəmə malik olduğuna da şübhə edirəm. İndi İspaniya millisi ilə müqaviləm var və ona hörmət edirəm. Əminliklə deyə bilərəm ki, milli komandadayam”, - deyə Enrike bildirib.

Xatırladaq ki, dünən "Barselona" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Benfika" ya 0: 3 hesabı ilə məğlub oldu. Bu uğursuzluqdan sonra yenidən Kumanın istefası gündəmə gətirilib

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə