UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha iki matçı baş tutub.
SİA xəbər verir ki, F qrupunda İtaliya "Atalanta"sı İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.
H qrupunda isə Rusiya "Zenit"i evdə İsveç "Malmö"sünü darmadağın edib - 4:0.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB