"Qızıl top" mükafatlandırma mərasiminin tarixi açıqlandı
"Qızıl top"u kim aparacaq?

"France Football" jurnalı dünyanın ən yaxşı futbolçusuna təqdim olunan "Qızıl top" mükafatının verilmə tarixini açıqlayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, tədbir noyabrın 29 -da Parisdə keçiriləcək. Mükafata namizədlərin siyahısı oktyabrın 8-də açıqlanacaq.

2020 -ci ildə "Qızıl top"un təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən keçirilməyib. "France Football"un ötənilki mükafatı da bu il verəcək. "Qızıl top-2020"nin "Bavariya"nın hücumçusu Robert Levandovskinin alacağı ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə