Rusiyalı biatlonçu Ukrayna pasportu alır

Rusiyalı biatlonçu Daria Sidorova Ukrayna pasportu alacağı günü gözləyir.

Ukrayna Biatlon Federasiyasının prezidenti Vladimir Brynzakın dediyinə görə, indi 22 yaşlı idmançı ölkə prezidentinin müvafiq fərmanını gözləyir. Bundan sonra Kiyev Dövlət Universitetinə daxil olacaq Sidorova, ehtimal ki, dekabr ayında Universiadada çıxış edəcək.

“O, tədricən Ukraynaya uyğunlaşacaq və gələn il yeni Olimpiya dövrəsinə hazırlaşmaq üçün komandaya düşməyə çalışacaq”- deyə bildirən Brynzakının sözlərinə görə , Sidorovanın perspektiv və potensialı var. “…Ümidvaram ki, o Ukrayna komandasına kömək edəcək.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə