Həm ÇL-də, həm də “Beşiktaş”da debüt etdi...

18 yaşlı azərbaycanlı futbolçu

Türkiyə çempionu “Beşiktaş” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə “Ayaks”la qarşılaşıb. Matc.az xəbər verir ki, Niderland təmsilçisinin 2:0 hesablı qələbəsiylə bitən bu görüş “qara qartallar”ın gənc futbolçusu Berkay Vardar üçün əlamətdar olub. SİA türk mətbuatına istinad edir.

Türkiyə çempionu “Beşiktaş” UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində səfərdə “Ayaks”la qarşılaşıb. Matc.az xəbər verir ki, Niderland təmsilçisinin 2:0 hesablı qələbəsiylə bitən bu görüş “qara qartallar”ın gənc futbolçusu Berkay Vardar üçün əlamətdar olub.

Belə ki, 18 yaşlı yarımmüdafiəçi ilk dəfə İstanbul təmsilçisinin əsas komandasında rəsmi oyuna çıxıb. Baş məşqçi Sərgən Yalçın onu matçın 73-cü dəqiqəsində Umut Meraşın əvəzində meydana buraxıb. Bununla da o, “Beşiktaş”ın əsas komandasında rəsmən debüt edib.

Berkay “Beşiktaş”ın öz yetirməsidir. Azərbaycanda dünyaya gəlmiş futbolçu vaxtilə U-17 yığmamızın da formasını geyinib. Hazırda isə o, Azərbaycanın U-19 millisinə dəvət alır.

Xatırladaq ki, “Beşiktaş” “Ayaks”la səfər oyununa 11 əskiklə yollanıb. Bu üzdən də məşqçilər heyəti əsas komandaya bir neçə gənc futbolçu cəlb etmişdi ki, onlardan da biri Berkay idi.

İlk turda doğma meydanda “Borussiya”ya (Dortmund, Almaniya) 1:2 hesabıyla uduzmuş “Beşiktaş” iki turdan sonra xalsız və sonuncudur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...