"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Polşa çempionatında 2-ci qolunu vurub.

SİA Qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu 9-cu turda "Rakuv"la keçirilən ev matçının 33-cü dəqiqəsində komandasının ilk qoluna imza atıb. O, sonadək meydanda olub.

Görüş isə "Legiya"nın məğlubiyyəti ilə başa çatıb - 2:3.

Qeyd edək ki, rəqiblərindən 2 oyun az keçirən "Legiya" 9 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə