Konfrans Liqasında oyunların nəticələri

UEFA Konfrans Liqasında qrup mərhələsinin 1-ci turuna yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, 8 qrupda ümumilikdə 14 görüş keçirilib.

Günün ilk oyunu "Qarabağ"ın da yer aldığı H qrupunda olub. "Kayrat" "Omoniya"nı qəbul edib və qolsuz bərabərə qalıb. Ağdam təmsilçisi isə Bakı Olimpiya Stadionunda İsveçrə "Bazel"i ilə üz-üzə gəlib. Bu oyunda da qapılıara qol vurulmayıb.

A qrupu

HJK (Finlandiya) – LASK (Avstriya) - 0:2
Qollar: Mareşiç, 17, Monşayn, 89

B qrupu

“Flora” (Estoniya) – “Gent” (Belçika) - 0:1
Qol: Lemayiç, 54

“Anortosis” (Kipr) – “Partizan” (Serbiya) - 0:2
Qollar: Meniq, 42. Qomes, 68.

C qrupu

“Bodo Qlimt” (Norveç) – “Zarya” (Ukrayna) - 3:1
Qollar: Saltnes, 48 Solbakken, 49. Pelleqrino, 60 – Qromov, 90+1.

“Roma” (İtaliya) – SSKA (Sofiya, Bolqarıstan) - 5:1
Qollar: Pelleqrini, 25; 62. El Şaaravi, 38. Mançini, 82. Abraham, 84 – Keri, 10.

D qrupu

“Randers” (Danimarka) – “Alkmaar” (Niderland) - 2:2
Qollar: Pizinger, 82. Qraves, 68 – Kleysi, 24. Pavlidis, 34

“Yablonets” (Çexiya) – “ÇFR Kluj” (Rumıniya) - 1:0
Qol: Pilar, 51-pen.

E qrupu

“Slaviya” (Praqa, Çexiya) – “Union Berlin” (Almaniya) - 3:1
Qollar: Bah, 18. Kuxta, 84. Ştrans, 88 – Behrens, 70.

F qrupu

“Linkoln” (Cəbəllütariq) – PAOK (Yunanıstan) - 0:2
Qollar: Akpom, 45+2. Mitrita, 56.

“Slovan” (Bratislava, Slovakiya) – “Kopenhagen” (Danimarka) - 1:3
Qollar: Henti, 21 – Vind, 18; 68-pen. Steyc, 41.

G qrupu

“Mura” (Sloveniya) – “Vitess” (Niderland) - 0:2
Qollar: Tronstad, 30. Darfalou, 69.

“Renn” (Fransa) – “Tottenhem” (İngiltərə) - 2:2
Qollar: Tait, 23. Laborde, 72 – Bade, 11-öz qapısına. Hoybyerq, 76.

H qrupu

“Kayrat” (Qazaxıstan) – “Omoniya” (Kipr) - 0:0

“Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə