“Borussiya” və “Herta”dan ilk qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Ayntraxt” doğma meydanda “Ştutqart”ı qəbul edib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Əvvəlki üç oyundan məğlubiyyətlə ayrılmış “Herta” bu turda “Bohum”la qarşılaşıb. Hertalılar nəhayət bu səfər matçından qələbə ilə ayrılmağı bacarıblar.

Qələbəyə həsrət digər komanda - Mönhenqladbax “Borussiya”sı isə “Arminiya”nı sınağa çəkib. Mönhenqladbaxlılar da bu oyunda cari mövsümdəki ilk qələbələrini rəsmiləşdiriblər.

Almaniya Bundesliqası

4-cü tur

11 sentyabr

Bayer – Borussiya (Dortmund) 3:4

Qol: Virts, 9. Şik, 45+1. Dyabi, 55 – Haland, 37; 77-pen. Brandt, 49. Gerrero, 71.

Qroyter – Volfsburq 0:2

Qol: Nmeça, 10. Veqorst, 90+1-pen.

Union Berlin – Auqsburq 0:0

Frayburq – Köln 1:1

Qol: Rafael, 89-öz qapısına – Modeste, 34.

Hoffenhaym – Maynts 0:2

Qol: Burkardt, 21. İnqvartsen, 77.

Leyptsiq – Bayern 1:4

Qol: Laymer, 58 – Levandovski, 12-pen. Musiala, 47. Sane, 54. Şupo-Motinq, 90+2.

12 sentyabr

Ayntraxt – Ştutqart 1:1

Qol: Kostiç, 79 – Marmuş, 88.

Bohum – Herta 1:3

Qol: Zoller, 59 – S.Serdar, 37; 43. Maolida, 78.

Borussiya (Mönhenqladbax) – Arminiya 3:1

Qol: Ştindl, 35; 69. Zakariya, 72 – Okuqava, 45+2.

Bütün xəbərlər Facebook səhifəmizdə