Millimiz Portuqaliyaya uduzdu

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 2-ci dövrə start götürüb.

Qol.az xəbər verir ki, milli komandamız qrupun favoriti Portuqaliyanı qəbul edib. Bakı Olimpiya Stadionunda keçirilən matç qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

A qrupunun digər matçında isə Serbiya İrlandiyanın qonağı olacaq.



7 sentyabr

DÇ-2022-nin seçmə mərhələsi

6-cı tur


A qrupu

20:00. Azərbaycan - Portuqaliya - 0:3
Qol:
Bernardo Silva, 26, Andre Silva, 31, Dieqo Jota, 75
Baş hakim: Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə