Gəncəli boksçu Şahlar Nağıyev peşəkar rinqdə növbəti qələbəsini qazanıb - VİDEO

Gəncəli boksçu Şahlar Nağıyev peşəkar rinqdə növbəti qələbəsini qazanıb - VİDEO

Gəncəli boksçu Şahlar Nağıyev peşəkar rinqdə növbəti qələbəsini qazanıb. SİA-nın xəbərinə görə, dəri əlcək ustası bu dəfə Türkiyənin İstanbul şəhərində təşkil edilən reytinq döyüşündən qalib ayrılıb. Belə ki, bu ilin sentyabrın 3-də dünya kəməri uğurunda keçirilən döyüşdə Şahlar Nağıyev 76 kq çəki dərəcəsində özbəkistanlı idmançı Murad İsmotukayevlə qarşılaşıb. Gərgin keçən döyüş azərbaycanlı idmançının tam qələbəsi başa çatıb. Şahlar Nağıyev növbəti qələbəsi ilə ABŞ-da keçiriləcək növbəti reytinq döyüşünə vəsiqə qazanıb.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə