2022 -ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının təşkilatçıları Dünya Kuboku oyunlarına gələn azarkeşlər üçün spirtli içkilərin satışına icazə veriblər. Bunu 2022 Dünya Kubokunun Davranışı və İrsi üzrə Ali Komitəsinin Kommunikasiyalar üzrə icraçı direktoru Fatma Əl-Naimi bildirib.
Spirtli içkilərin ərəb mədəniyyətinin bir hissəsi olmadığını deyən icraçı direktor ancaq müəyyən yerlərdə onun satışa çıxarılacağını bildirib:
"Biz bunu 2019 -cu ildə Klublararası Dünya Kubokunda da sınadıq - azarkeşlər onlara fəal iştirak edirdilər. Alkoqollu içkilər ancaq musiqi dinləyə və matçlardan zövq ala biləcəyiniz fan zonasında olacaq”.
“Championship.com” xəbər verir ki, Əl-Naimi, orada yalnız pivə və ya digər spirtli içkilərin satılıb-satılmayacağını dəqiqləşdirməyib, çünki stadionlarda azarkeş zonalarının təchiz edilməsi planları hələ yekun təsdiqlənməyib.
Xatırladaq ki, 2022 -ci ildə Qətərdə baş tutacaq Dünya Çempionatı noyabrın 21 -dən dekabrın 18 -dək keçiriləcək. Turnir oyunlarına beş şəhər ev sahibliyi edəcək.
Ağasəf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB