Qarşıdurma təxirə salınıb

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina oyunu təxirə salınıb.

SİA bu barədə rus mətbuatına istinad edir.

Beləliklə, San -Pauluda baş tutan görüş, argentinalı oyunçularla rəqibin-Braziliyanın məşqçilər korpusunun üzvləri arasında baş verən davadan sonra onuncu dəqiqədə dayandırılıb. Qeyd edək ki, həmin vaxt görüşdə hesab 0: 0 idi.

Belə ki, Braziliya tərəfi İngiltərə Premyer Liqasından (Premyer Liqa) dörd Argentinalı oyunçunun - Emiliano Martinez, Emiliano Buendía, Giovanni Lo Celso və Christian Romeronun karantinə alınmadığını və görüşdə iştirak edə bilmədiklərini söyləyərək polisə müraciət edib.

Argentina tərəfi polisin deportasiya həyata keçirmək istəyinə qarşı çıxıb və komanda olaraq paltardəyişmə otağına yollanıb. Hakimlər də yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə