21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avstriyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununa təyinatlar açıqlanıb. SİA-nın verdiyi məlumata görə, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək.
FIFA referisi Amine Kurqeliyə Yuri Xomçenko və Viktor Getskov köməklik edəcək. 4-cü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.
Qeyd edək ki, senytabrın 7-də keçiriləcək Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB