Qrizmann "Barselona" ilə vidalaşdı

"Barselona"dan icarə əsasında "Atletiko"ya keçən Antuan Qrizmann Kataloniya klubu ilə vidalaşıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu öz Tvitter hesabında etdiyi paylaşımda yazıb.
"Əziz azarkeşlər, vidalaşmaq və sevginizə görə təşəkkür etmək istəyirəm. "Barseloan" forması üçün əlimdən gələni etdim. Bu möhtəşəm kluba bağlı idim. "Barselona"da oynadığım üçün qürur duyuram".

Qeyd edək ki, "Atletiko" Qrizmannla 1 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə