Futbol üzrə Rusiya milli komandasının yeni baş məşqçisi Valeri Karpin Rusiya və Xorvatiya milliləri arasında keçirilən oyunun nəticələrindən razı qaldığını bildirib: “Nəticədən və oyundan razı qaldığımı deyə bilmərəm. Məmnunluq var. Bəli, bir xal qazandıq- davam edəcəyik. Kipr və Malta millilərini məğlub etsək, məmnun olaram…”

Xatırladaq ki, Xorvatiya və Rusiya milli komandaları dörd oyunun nəticələrinə görə turnir cədvəlində liderdirlər, dörd oyunun nəticəsinə görə hər biri yeddi xal toplayır.

Onu da xatırladaq ki, 2022 -ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Xorvatiya milliləri arasında heç -heçə başa çatmışdı.

Rusiya millisinin növbəti rəqibləri Kipr (4 sentyabr) və Malta (7 sentyabr) milliləri olacaq.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə