Türkiyə Superliqasında 3 turdan sonra 4-cü baş məşqçi istefası reallaşıb
Türkiyənin "Göztəpə" klubu baş məşqçisi Ünal Karamanla yollarını ayırıb.
SİA xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Türkiyə Superliqasında hələ 3 tur keçirilməsinə baxmayaraq, artıq 4-cü baş məşqçi istefası reallaşır. Bundan əvvəl "Kasımpaşa", "Kayserispor" və "Adana Demirspor" baş məşqçiləri ilə yolları ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB