"Fənərbaxça" və "Trabzonspor"dan yüz faizlik nəticə, "Qalatasaray" xal itirib

"Fənərbaxça" və "Trabzonspor"dan yüz faizlik nəticə, "Qalatasaray" xal itirib

Türkiyə Superliqasında 3-cü tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə 4 görüş keçrilib.

"Qalatasaray" səfərdə “Kasımpaşa” ilə qarşılaşıb və 2:2 hesablı bərabərə qalıb. "Trabzonspor" "Giresunspor"u 1:0 hesabı ilə məğlub edib. "Fənərbaxça" isə "Altay"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turnir cədvəlinə 9 xalla "Trabzonspor" başçılıq edir. "Fənərbaxça" eyni xalla 2-ci, "Beşiktaş" 7 xalla 3-cüdür.

29 avqust

"Kasımpaşa" – "Qalatasaray" - 2:2
Qollar: Yorgensen, 45+2, Bozok, 66 – Çikaldau, 32, Aktürkoğlu, 38

"Sivasspor" – "Göztəpə" - 2:2
Qollar: Qutas, 11, 66 – H.Akbunar, 51, Şimşek, 84

"Altay" – "Fənərbaxça" - 0:2
Qollar: Kadıoğlu, 51, Valensiya, 55

"Giresunspor" – "Trabzonspor" - 0:1
Qol: Nvakaeme, 7

Bütün xəbərlər Facebook səhifəmizdə