Millimizin hücumçusu "Şaxtyor"a qol vurub

Millimizin hücumçusu "Şaxtyor"a qol vurub

Ukrayna Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçular – Rüstəm Əhmədzadə ilə Eldar Quliyevin formasını geyindiyi “Minay” Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Rüstəm bu görüşdə 89-cu dəqiqəyədək meydanda olub. Komandasının yeganə qolunu da 76-cı dəqiqədə məhz millimizin hücumçusu vurub. Eldar isə 61-ci dəqiqədə meydana buraxılıb. O, 90+1 və 90+6-cı dəqiqələrdə aldığı sarı vərəqələrə görə meydandan qovulub.

Qeyd edək ki, “Minay” hazrda turnir cədvəlində 16 kollektiv arasında 11-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə