Mahirin komandası ölkə çempionatında məğlubiyyətə üzülüb

Mahirin komandası ölkə çempionatında məğlubiyyətə üzülüb

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşanın əsas liqasında növbəti matçına çıxıb.

SİA xəbər verir ki, komanda "Visla Krakov"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

Mahir bu oyuna 46-cı dəqiqədə Mateus Holovnisin əvəzinə daxil olub. 24 yaşlı hücumçu görüşdə fərqlənsə də, onun qolu qeydə alınmayıb.

Qeyd edək ki, "Legiya" turnir cədvəlində 6 xalla 14-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə