"Sabah" futbolçusu ilə yollarını ayırdı

"Sabah" futbolçusu ilə yollarını ayırdı

"Sabah" klubu futbolçusu Coşqun Diniyevlə yollarını ayırıb. SİA-nın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Coşqun Diniyev 2019-cu ilin yanvardan “Sabah”ın uğurları üçün çalışıb. O, komandanın heyətində 54 oyuna çıxıb və 2 qola imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə