Azərbaycanlı paracüdoçu Vüqar Şirinli Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə kişilər arasında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. SİA-nın məlumatına görə, idmançı finalda qazaxıstanlı paracüdoçu Anuar Sarıyevi məğlub edib.
Qeyd edək ki, bu gün həmçinin qadınlar arasında 48 kiloqram çəki dərəcəsində paracüdoçu Şahanə Hacıyeva və üzgüçü Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.
Xatırladaq ki, bundan əvvəl azərbaycanlı pauerliftinqçi Pərvin Məmmədov bürünc medal qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB