Emrelinin dublu sayəsində komandası UEFA Avropa Liqasının qrup mərhələsində

Emrelinin dublu sayəsində komandası UEFA Avropa Liqasının qrup mərhələsində

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

SİA xəbər verir ki, Polşa təmsilçisi evdə Çexiya "Slaviya"sı ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Legiya"nın hər iki qolunun müəllifi M.Emreli olub. O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Millimizin üzvü start heyətdə meydana daxil olub və 80-ci dəqiqədə əvəzlənib.

Bu qələbə ilə Varşava klubu Avroliqanın qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, Emreli bu komandalar arasında 2:2 hesabı ilə başa çatan ilk görüşdə də komandasının ilk qolunu vurmuşdu.

26 avqust

"Legiya" (Polşa)- "Slaviya" (Çexiya) - 2:1
Qollar: Ekpai, 45 (0:1), Mahir Emreli, 59 (1:1), 70 (2:1)
İlk oyun - 2:2

.
Mahirin 1-ci qolu

Mahirin 2-ci qolu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com