Nuriyevin ehtiyatda qaldığı oyunda komandası məğlubiyyətlə barışıb
Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilib.
SİA xəbər verir ki, millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” bu turda doğma meydanda “Aleksandriya” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub
Nuriyev bu matçda iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.
“Kolos” 5 turdan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB