"Çelsi" və "Tottenhem"dən qələbə

"Çelsi" və "Tottenhem"dən qələbə

İngiltərə Premyer Liqasında 2-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, 2-ci matç günündə daha 3 görüş keçirilib. "Tottenhem" səfərdə "Vulverhempton"a 1:0, "Çelsi" "Arsenal"a 2:0 hesabı ilə qalib gəlib. "Sauthempton" – "Mançester Yunayted" qarşılaşmasında isə heç-heçə olub - 1:1.

Qeyd edək ki, turnir cədvəlinə 6 xalla "Çelsi" başçılıq edir. Eyni xalı olan "Liverpul" 2-ci, Brayton" 3-cüdür.

22 avqust

"Vulverhempton" – "Tottenhem" - 0:1
Qol: Alli, 9-pen

"Sauthempton" – "Mançester Yunayted" - 1:1
Qollar: Fred, 30-avtoqol – Qrinvud, 55

"Arsenal" – "Çelsi" - 0:2
Qollar: Lukaku, 15, Ceyms, 35

Bütün xəbərlər Facebook səhifəmizdə