Türkiyə 1-ci liqasında cari mövsümün ən dəyərli futbolçularının siyahısı açıqlanıb - Siyahıda Namiq də var
Türkiyə 1-ci liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.
SİA "bursaspordabugun.com"a istinadən xəbər verir ki, "Top-20"də "Bursaspor"un yeni transferi olan millimizin Namiq Ələsgərov da yer alıb.
O, 750 min avro qiymətlə 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, N.Ələsgərov bu ay "Neftçi"dən ayrılaraq "Bursaspor"la 2 illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB