"Qarabağ" Vadji üçün nə qədər xərcləyib?

"Qarabağ" Vadji üçün nə qədər xərcləyib?

"Qarabağ"ın yeni transferi İbrahima Vadji üçün Norveçin "Haugesund" klubuna ödədiyi məbləğ bəlli olub.

SİA xəbər verir ki, Türkiyə mətbuatı bu transfer üçün Ağdam təmsilçisinin qarşı tərəfə 500 min avro ödədiyini yazib.

Lakin bəzi idman nəşrlərinin yazdığına görə, "Qarabağ" 26 yaşlı hücumçunu 600 min avro qarşılığında transfer edib.

Qeyd edək ki, seneqallı oyunçu "Qarabağ"la 3 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə