"Qarabağ"ın yeni transferi "Aberdin"ə qarşı matçlarda oynaya biləcək

"Qarabağ"ın yeni transferi "Aberdin"ə qarşı matçlarda oynaya biləcək

"Qarabağ"ın yeni transferi İbrahima Vadji Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək "Aberdin"ə (Şotlandiya) qarşı matçlarda oynaya biləcək.

SİA xəbər verir ki, seneqallı hücumçunun adı Ağdam klubunun sözügedən görüş üçün 26 nəfərlik iştirak ərizəsinə ərizəsinə daxil edilib.

Qeyd edək ki, "Qarabağ" - "Aberdin"lə ilk oyunu avqustun 19-da Bakıda keçiriləcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə