Namiq Ələsgərov oynamadı, "Bursaspor" çempionata bir xalla başladı
Millimizin futbolçusu Namiq Ələsgərovun yeni transfer olunduğu "Bursaspor" Türkiyə birinci liqasında yeni mövsümün ilk oyununa çıxıb.
SİA xəbər verir ki, Bursa təmsilçisi doğma meydanda "Adanaspor"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
N.Ələsgərov sözügedən görüşdə oynamayıb. Onun adı qarşılaşma üçün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Neftçi"dən ayrılan N.Ələsgərov avqustun 14-ü "Bursaspor"a keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB