Mahir Emrelinin komandasından növbəti qələbə

Mahir Emrelinin komandasından növbəti qələbə

Polşa çempionatında 4-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” səfərdə “Varta” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Mahir də bu görüşün iştirakçısı olub. Millimizin hücumçusu 75-ci dəqiqədə meydana buraxılıb.
Dörd turdan sonra 6 xalı olan “Legiya” 18 komanda arasında 6-cı pillədə qərarlaşıb. Varşava təmsilçisinin ehtiyatda da bir oyunu var.

Bütün xəbərlər Facebook səhifəmizdə