Millimizin üzvü Polşa çempionatında qol hesabını açdı

Millimizin üzvü Polşa çempionatında qol hesabını açdı

Polşa çempionatında 4-cü tura start verilib.

SİA xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plok) bu turda səfərdə “Pyast”la qarşılaşıb və 3:4 hesabı ilə uduzub.

Krivotsyuk da bu görüşdə iştirak edib. O, start heyətdə meydan daxil olub və sonadək oynayıb. Millimizin üzvü 38-ci dəqiqədə 0:2 hesabı ilə geridə olan komandasının 1-ci qolunu vurub. O, eyni zamanda 79-cu dəqiqədə qol ötürməsi də verib. Beləliklə, Anton Polşa təmsilçisində ilk qolunu vurub.

“Visla” hazırda 3 xalla 18 komanda arasında 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə