Lukaku rəsmən "Çelsi"də

"Çelsi" "İnter"dən Romelu Lukakunun transferini rəsmiləşdirib.

SİA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub 28 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Zadəganlar" bu keçidə görə qarşı tərəfə 115 milyon avro ödəyib. Belçikalı oyunçu yeni komandasında illik 12 milyon avro qazanacaq.

Qeyd edək ki, Lukaku 2011-14-cü illərdə də "Çelsi"də çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə