Moskva “Spartak”ı Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Benfika”ya səfərdə də məğlub olaraq (0:2) mübarizəni dayandırıb. SİA.az xarici mətbuta istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov moskvalıların məğlubiyyətinə münasibət bildirib.
Onun açıqlaması ironiyalı alınıb: “Spartak”ın məğlubiyyətini biabırçılıq adlandırmaq olmaz, çünki darmadağın olmadı. Ancaq oyuna baxdıqdan sonra bu frazanı xatırlamamaq olmur: “Mersedes”lə “Moskviç”in fərqi.
Mən belə müqayisəni sevmirəm, amma indi bu deyim yerinə düşür. Özü də burda söhbət təkcə “Spartak”dan yox, bütün Rusiya futbolundan gedir. Belə baxanda futbolçular səviyyəlidirlər, təcrübəli legionerlər var, amma oyun yoxdur. Belə oyunla “Spartak”ın beynəlxalq arenada şansı çox azdır. 9 nəfər müdafiədə oturur, qapıya da cəmi bir zərbə endirilir. Bu, nə oyundur?”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB