Anatoli Nuriyev penaltini qaçırdı, komandası mübarizəni dayandırdı
Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi "Kolos" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununu keçirib.
SİA xəbər verir ki, Ukrayna klubu səfərdə "Şaxtyor"la (Karaqanda) qarşılaşıb. Ukraynadakı oyundakı kimi, bu görüşdə də matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb.
Qarşılaşmanın əlava vaxtında da qapılara qol vurulmayıb. Penaltilər seriyasında rəqibini 3:1 hesabı ilə üstələyən "Şaxtyor" mərhələni adlayıb. 88-ci dəqiqədə meydana daxil olan Nuriyev Ukrayna təmsilçisinin ilk penaltisini dəqiq yerinə yetirə bilməyib.
"Şaxtyor" pley-offda "Spartak" (Trnava, Slovakiya) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB