Lukakunun transferi rəsmiləşmək üzrədir

Lukakunun transferi rəsmiləşmək üzrədir

"İnter”in futbolçusu Romelu Lukakunun “Çelsi”yə transferi rəsmiləşmək üzrədir.

SİA xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. Belçika millisinin üzvü bu gün London klubunda tibbi müayinədən keçib. Tezliklə klubların bu transferi rəsmən açıqlayacağı gözlənilir. 28 yaşlı oyunçu London təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə