Çexiya 2-ci divizionunda 3-cü turun oyunları keçirilib.
SİA xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) bu turda evdə “Pribram”la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 81-ci dəqiqədə əvəzlənib. O, 58-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB