İki güləşçimiz Tokio Olimpiadasında mübarizəni dayandırıb

İki güləşçimiz Tokio Olimpiadasında mübarizəni dayandırıb

Azərbaycan güləşçisi Rafiq Hüseynov Tokio Olimpiadasında məğlub olub.
SİA xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz 1/4 finalda Akjol Mahmudova (Qırğızıstan) uduzub.
Güləşçimiz ilk görüşündə dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidisə qalib gəlmişdi.

Qadın güləşçimiz Elis Manolova isə (68 kq) 1/8 finalda nigeriyalı Blessinq Oborududu ilə üz-üzə gəlib və rəqibinə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə