"Qalatasaray"la icarə müqaviləsi başa çatan futbolçu "Olimpiakos"a keçib

"Qalatasaray"la icarə müqaviləsi başa çatan "Monako"nun futbolçusu Henri Onyekurunun yeni klubu müəyyənləşib.

SİA "completesports.com" saytına istinadən xəbər verir ki, nigeriyalı oyunçu karyerasını "Olimpiakos"da davam etdirəək. O, artıq yeni klubu ilə müqavilə imzalamaq üçün Yunanıstana gedib. Bu transfer üçün Yunanıstan təmsilçisi "Monako"ya 5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, 24 yaşlı hücumçu "Qalatasaray"da meydana çıxdığı 71 matçda 22 qol vurub, 12 qolun ötürməsini verib. İstanbul təmsilçisi Onyekurunu birdəfəlik almaq hüququndan imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə