Şevçenkonun Ukrayna millisindən ayrılmasının səbəbləri məlum olub

Andrey Şevçenkonun Ukrayna millisindən ayrılmasının səbəbi məlum olub.
SİA Ukraynanın "Obozrevatel" nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis federasiya ilə maliyyə şərtlərində razılaşmayıb.

Şevçenko bütün məşqçilər korpusunun illik gəlirinin 3 milyon dollar olmasını istəyib. Ukrayna Futbol Federasiyası (UFF) isə 1.5 milyon dollardan artıq ödəyə bilməyəcəyini qarşı tərəfə bildirib. Buna görə də tərəflər arasında razılaşma baş tutmayıb.
Qeyd edək ki, Ukrayna millisi Avro-2020-də 1/4 finalına qədər irəliləyib. Tarixində ilk dəfə Avropa çempionatında bu uğura imza atan milli komanda federasiyaya 16 milyon avro qazandırıb. Bununla belə, UFF məşqçilər korpusunun maaşını artırmayıb.

Xatırladaq ki, 5 ildir Ukrayan millisini çalışdıran Şevçenkonun müqavilsi başa çatmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə