Boksçumuz Ermənistan təmsilçisi ilə üz-üzə gələcək

Boks üzrə Azərbaycan millisinin üzvü Cavid Çələbiyev bu gün Tokio-2020-də 1/8 final görüşünə çıxacaq.

SİA xəbər verir ki, idmançımız bu mərhələdə Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Sözügedən duel Bakı vaxtı ilə 07:36-da başlayacaq.

Qeyd edək ki, Çələbiyev 1/16 finalda Ukrayna boksçusu Yaroslav Hartsizə 5:0 hesabı ilə qalib gəlib.

Tokio-2020

30 iyul

Boks

63 kq
07:36. 1/8 final. Cavid Çələbiyev (AZƏRBAYCAN) - Ovannes Baçkov (Ermənistan)

Bütün xəbərlər Facebook səhifəmizdə