Nuriyevin komandası qalib gələrək ikinci pilləyə yüksəlib

Nuriyevin komandası qalib gələrək ikinci pilləyə yüksəlib

Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” (Ukrayna) növbəti oyununu keçirib.

SİA xəbər verir ki, komanda Ukrayna Premyer Liqasının 2-ci turunda “Metallist”lə qarşılaşıb və minimal hesablı qələbə qazanıb - 1:0. Oyuna start heyətdə başlayan Nuriyev 64-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Kolos” 2 turdan sonra 4 xalla 2-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə