Niderland avarçəkənləri yeni dünya rekordu qıraraq olimpiya qızılını qazanıblar

Tokio-2020" Yay Olimpiya Oyunları çərçivəsində akademik avarçəkmə üzrə cüt dördlükdə Niderland komandası yeni dünya rekorduna imza atıb.

SİA-nın məlumatına görə, Niderland komandası 2 kilometrlik məsafəni rekord vaxta - 5 dəqiqə 32,03 saniyəyə qət edərək Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

Yarışı ikinci yerdə Böyük Britaniya komandası (+1,72), üçüncü yerdə isə Avstraliya komandası (+1,94) başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə