Mahir Emrelinin komandası səfər qələbəsi ilə növbəti mərhələdə

Mahir Emrelinin komandası səfər qələbəsi ilə növbəti mərhələdə

Millimizin oyunçusu Mahir Emrelinin də çıxış etdiyi "Legiya" (Polşa, Varşava) Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Flora" ilə Estoniyada cavab oyunu keçirib.
SİA xəbər verir ki, oyunçumuz bu matça əsas heyətdə çıxıb. Lakin 24 yaşlı hücumçu 70-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Varşava təmsilçisi görüşdə 1:0 hesabı ilə qalib gəlib. İlk oyunda da rəqibini 2:1 hesabı ilə məğlub edən "Legiya" növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, "Legiya" 3-cü təsnifat mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə qarşılaşacaq.

20:00. "Flora" - "Legiya" - 0:1
Qol: Rafael Lopes, 67

Bütün xəbərlər Facebook səhifəmizdə