Donnarumma yeni klubunda "Milan"dakından bir milyon avro çox qazanacaq

PSJ-nin qapıçısı Canluici Donnarummanın yeni klubundakı maaşı müəyyənləşib.

SİA "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı qolkiper Paris təmsilçisində vergiləri çıxmaq şərti ilə ilinə 7 milyon avro qazanacaq.

Qeyd edək ki, Donnarummanın sabiq klubu "Milan"dakı maaş isə illik 6 milyon avro idi.

Xatırladaq ki, italiyalı qapıçı PSJ ilə 5 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə